2025-ci ilin noyabrında Dubayda “Ciel Dubai Marina” adlı dünyanın ən hündür oteli açılacaq.
Bizim.Media xəbər verir ki, 377 metr hündürlüyə malik bina əvvəlki rekordsmeni – 356 metrlik Gevora otelini geridə qoyacaq.
Layihə NORR Group tərəfindən hazırlanıb, tikintini The First Group və China Railway 18th Bureau Group of Dubai həyata keçirib.
Otel IHG şəbəkəsinə daxil olan Vignette Collection brendi ilə idarə olunacaq.
Xüsusiyyətləri: 82 mərtəbə, 1004 otaq, 12 mərtəbəli atrium-saraye, 353 m hündürlükdə restoran, 306 m hündürlükdə isə dünyanın ən yüksək hovuzu. Açılışdan sonra otel Ginnesin rekordlarına da düşəcək.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта