RU

Dieqo Simeone azarkeşlərlə qarşıdurmasından danışdı

ain.az, sport24.az saytına istinadən bildirir.

Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1-ci turunun matçının sonunda "Liverpul" azarkeşləri ilə (2:3) qarşıdurmasının səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis bununla bağlı "Marca"ya danışıb:

"Sakit qalmaq haqqında danışırlar, amma bütün matç boyu sən təhqir olunursan və heç nə deyə bilmirsən. Mənim reaksiyam əsassızdır, amma 90 dəqiqə dayanmadan təhqirlərə dözməyin nə olduğunu hamı yaxşı bilir. Bu təhqirlər 90 dəqiqə davam etdi. Ümid edirəm ki, "Liverpul" bunu edəni tapacaq. Əslində məni sakitləşdirməlidirlər. Bütün bu təhqirlərə dözməli olan mənəm".

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasının növbəti oyununda Frankfurt "Ayntraxt"ı ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
sport24.az

1Источники