RU

Britaniya yaxın günlərdə Fələstin dövlətçini tanıyacaq “The Times”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Birləşmiş Krallıq bu həftə sonu Fələstin dövlətçiliyini rəsmən tanıyacaq.

Bizimyol.info xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampın dövlət səfərindən sonra bu barədə açıqlama verəcək.

İyulun 29-da 10 Dovning Street xəbərdarlığı edib ki, əgər İsrail Qəzza zolağına humanitar yardımı əngəlləməkdə davam edərsə və anklavda hərbi əməliyyatı dayandırmazsa, London BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasından əvvəl Fələstin dövlətini tanıyacaq.

İsrailin Qəzzada artan hərbi əməliyyatları fonunda Böyük Britaniya Xarici İşlər Nazirliyi sentyabr ayında Fələstini tanımaq öhdəliyini təsdiqləyib.

“The Times” qəzetinin yazdığına görə, Starmer ABŞ-ın məsələ ilə bağlı dəstəkləməyən mövqeyini nəzərə alaraq, Trampın Böyük Britaniyaya səfərini pozmamaq üçün Fələstinin tanınması ilə bağlı rəsmi açıqlamanı bu həftənin sonuna qədər təxirə salıb.

Amerika prezidenti müasir tarixdə görünməmiş ikinci dövlət səfəri üçün sentyabrın 16-da axşam Böyük Britaniyaya gəlib. Sentyabrın 17-də onu Vindzor qəsrində Kral III Çarlz qəbul etdi. Tramp sentyabrın 18-də ölkə iqamətgahı Chequersdə Starmerlə danışıqlar aparacaq.

BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi sentyabrın 23-dən 29-dək Nyu-Yorkda keçiriləcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
icma.az

1Источники