RU

“Mafiya” oyununda dava düşdü, elektron qolbaq taxıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurma da və xuliqanlıqda təqsirləndirilən Yusif Həmidovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, təqsirləndirilən Yusif Həmidov 18 may 2024-cü il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində fəaliyyət göstərən “Apartment” kafedə “Mafiya” oyununun qaydalarına riayət edilməməsi səbəbindən zərərçəkmiş Mahal Quliyevlə (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozub və şəxs üzərində zor tətbiq edərək xuliqanlıq edib.


Təqsirləndirilən şəxs zərərçəkmişin bel nahiyəsindən tutaraq yerə yıxıb, ona yumruq zərbələri yetirərək xəsarət yetirib.


Xətai Rayon Məhkəməsinin hökmü ilə Yusif Həmidov 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə məhkum edilib.


Kamal Məmmədov 

Tarix: 18 Sentyabr 2025, 08:25   
Избранный
17
3
pravda.az

4Источники