RU

Trampdan Kral III Çarlza simvolik qılınc hədiyyəsi

ABŞ Prezidenti Donald Tramp dövlət səfəri çərçivəsində Böyük Britaniya Kralı III Çarlza general Duayt Eyzenhauerin qılıncının nüsxəsini təqdim edib.

Trend xəbər verir ki, Bukinqem sarayının məlumatına görə, bu hədiyyə "İkinci dünya müharibəsində qələbə üçün həyati əhəmiyyət kəsb edən tarixi tərəfdaşlığın" simvolu kimi təqdim olunub. Saray bəyan edib ki, qılınc ABŞ və Böyük Britaniya arasında davamlı dəyərləri və əməkdaşlıq ruhunu təcəssüm etdirir.

Kraliça Kamillaya isə 18 karatlıq qızıldan hazırlanmış, brilyant və yaqutlarla bəzədilmiş "Tiffany & Co." vintaj çiçək broşu hədiyyə olunub.

Trampa öz növbəsində Vindzor qəsrindəki Kral cildləmə atelyesində hazırlanmış, 1776-cı il Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə həsr olunmuş əl işi kitab, eləcə də Trampın andiçmə günü - yanvarın 20-də Bukinqem sarayında dalğalanan bayraq hədiyyə edilib.

Birinci xanım Melaniya Tramp isə Kraliçanın monoqramı olan gümüş minalanmış qab və dizayner Anya Hindmarçdan fərdi çanta alıb.

Kral ailəsi həmçinin ABŞ prezidentinə və xanımına baş hərfləri həkk olunmuş gümüş foto çərçivə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
39
1
olaylar.az

2Источники