RU

Hindistanda “beyin yeyən amöb” yoluxmaları artır

Hindistanda nadir beyin infeksiyası olan ilkin amöb meninqoensefalit hallarının artdığı qeydə alınıb. Xəstəliyə "beyin yeyən amöb" kimi tanınan Niqleriya fouleri səbəb olur.

Trend-in NDTV-yə istinadla verdiyi xəbərə görə, Kerala ştatında 69 yoluxma təsdiqlənib, onlardan 19-u ölümlə nəticələnib.

Yoluxanlar arasında həm südəmər uşaqlar, həm də yaşlı insanlar var. Bütün hallarda amöb isti şirin sularda yaşayaraq insana üzmə zamanı burun boşluğundan daxil olub. Daha sonra orqanizmə keçərək beyinə çatır.

Mütəxəssislər bildirirlər ki, xəstəlik insandan insana keçmir. Əlamətlərə isə baş ağrısı, qızdırma, ürəkbulanma, qusma və mərkəzi sinir sisteminin zədələnməsi daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
1
olaylar.az

2Источники