RU

Polşada F-16-dan atılan raketin yaşayış evinə düşməsi təsdiqləndi

BAKI, 18 sentyabr. TELEQRAF

Polşada yaşayış evinə pilotsuz uçuş aparatı (PUA) deyil, dronlara qarşı həyata keçirilən əməliyyat zamanı F-16 qırıcısından atılan raket düşüb.

Teleqraf xəbər verir ki, bu məlumatı ölkənin xüsusi xidmət orqanlarının əlaqələndirici naziri Tomaş Semonyak təsdiqləyib.

“Hər şey onu göstərir ki, bu, Polşanı qoruyan, vətəndaşlarımızı qoruyan təyyarəmizdən atılan raket olub”, - o qeyd edib.

Semonyakın sözlərinə görə, vətəndaşa dəymiş zərər qarşılanacaq.

Nazir araşdırmanın hələ də davam etdiyini, PUA-ların və raketin qalıqlarının diqqətlə öyrənildiyini söyləyib.

Избранный
39
1
teleqraf.com

2Источники