RU

Avropa İttifaqının Rusiya aktivlərindən istifadəyə dair yeni planı açıqlanıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Avropa İttifaqı ölkələri Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin yeni variantını araşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Qeyd olunur ki, Avropa İttifaqı ölkələri Belçikanın “Euroclear” depozitarında nağd pul qalıqları statusuna çevrilmiş vəsaitlərdən Avropa faizsiz istiqrazlarının alınmasında istifadəyə ümid edir.

Qəzetin məlumatına görə, Rusiya Federasiyasının “Euroclear”da saxlanılan 194 milyard avroluq aktivinin 170 milyard avrosunun ödəmə vaxtına çatıb və pul qalıqları dərəcəsinə keçib. Ukrayna vəsaiti tranşlarla alacaq.

Maliyyələşdirmə mexanizmlərinin idarə olunması üçün xüsusi alətdən də istifadə edilməsi təklif edilir ki, bu da Avropa İttifaqından kənar ölkələrin iştirakına imkan verə bilər.

Sentyabrın 10-da Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib ki, Belçika Avropa İttifaqının hüquqi riskləri bölüşməsi şərti ilə Rusiyanın təxminən 200 milyard avro məbləğində dondurulmuş aktivlərinin istifadəsinə razılıq verəcək.

Diplomatın sözlərinə görə, Brüssel bir gün onu ölkənin illik büdcəsinə ekvivalent məbləği ödəməyə məcbur edə biləcək hər hansı potensial iddiaya görə məsuliyyət daşıya bilməz.

Bundan əvvəl Almaniya Rusiyanın dondurulmuş aktivləri ilə bağlı mövqeyini dəyişib.

Избранный
14
2
azertag.az

3Источники