RU

“Fənərbaxça” son dəqiqədə xal itirdi: Qapıçıdan inanılmaz səhv

Türkiyə Super Liqasında təxirə salınmış I və III turların oyunları keçirilib.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” öz meydanında “Alanyaspor”u qəbul edib.

İlk hissəni 0:1 məğlub başa vuran İstanbul təmsilçisi ikinci hissədə Semedo və En Nesirinin qollarıyla hesabda önə keçməyi bacarıb. Son dəqiqələrdə isə qapıçı İrfan Canın kobud səhvindən sonra "Fənər" qapısında qol görüb. 

Nəticədə görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Başakşəhər" səfərdə "Karagümrük"ü 1:0 hesabı ilə məğlub edib. Digər matçda isə "Samsunspor" "Kasımpaşa" ilə qolsuz heç-heçəyə razı olub - 0:0.

Bundesliqa: “Bavariya” 3 xalı 3 qolla qazanıb

Millimizin üzvü oynadı, komandası heç-heçə etdi

“Qalatasaray” evdə, “Qaziantep” səfərdə 3 xala sevinib

Premyer Liqa: “Yunayted” mövsümdə ilk qələbəsini qazanıb

A Seriyası: “Milan” 3 xalı iki qolla qazanıb

Избранный
38
7
apasport.az

8Источники