Qızılın qiyməti yeni rekord vurub.
Publika.az xəbər verir ki, "Comex" birjasında qızılın qiyməti bir unsiya üçün 3 744 dollar həddini keçib.
Buna səbəb ABŞ mərkəzi bankı olan Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ilin dekabrından bəri ilk dəfə olaraq faiz dərəcəsini 4-4,25%-ə endirməsi qərarıdır.