...Qazaxıstanda məcburi nikah və qız qaçırmaya görə cəzalar sərtləşdirilib.
SİA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.Əvvəllər adam oğurluğu qurbanını könüllü olaraq azad etsəydi, cəzadan yayına bilərdi. İndi bu bənd çıxarılıb və həmin şəxsin qızı azad edib-etməməsindən asılı olmayaraq günahkar şəxs cinayət məsuliyyətinə cəlb olunacaq.
...İndi bu ehtimal istisna edilib: hətta zərərçəkmiş şəxs könüllü olaraq azadlığa çıxsa belə, günahkar tərəf məsuliyyət daşıyacaq, - nəşr yazır.
Bundan başqa, Qazaxıstanda məcburi nikahla bağlı maddə - Cinayət Məcəlləsinin 125-1-ci maddəsi tətbiq edilib. Ağırlaşdırıcı şəraitdə ona görə maksimum cəza on ilədək həbs cəzası ala bilər.
...Məcburi nikah ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcburiyyət isə yetkinlik yaşına çatmayanlara qarşı zor tətbiq etməklə, narkomaniyadan istifadə etməklə, bir qrup şəxs tərəfindən və ya qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə daha da ağır cəza nəzərdə tutulur, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Nazlı Almuradova