RU

Osman Nurmaqomedov: “Daha yaxşısına nail olmağa çalışacağıq”

BAKI, 17 sentyabr. TELEQRAF

“Həmişə Azərbaycana, yəni öz evimə gəlmək çox xoşdur. Hər yarışdan sonra burada bizi səmimi qarşılayırlar”.

Teleqraf xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında 92 kq çəki dərəcəsində bürünc medal qazanan Osman Nurmaqomedov deyib.

O, azarkeşlərə və rəhbərliyə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib: “Yeni Olimpiya dövrü başlayıb. Komandamız artıq sürət yığır. Yaxşı nəticə göstərdik, amma daha da yaxşısına nail olmağa çalışacağıq”.

Избранный
6
teleqraf.com

1Источники