RU

"Taliban" Əfqanıstanda interneti kəsdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Taliban" hərəkatının lideri Heybətulla Axundzadə Əfqanıstanın Bəlx əyalətində "əxlaqsızlığın qarşısını almaq üçün" fiber-optik interneti qadağan edib.
Oxu.Az bildirir ki, bu barədə "Associated Press" agentliyi vilayət hökumətinin nümayəndəsi Hacı Attaulla Zaidə istinadən məlumat verib.
Məhdudiyyətlər nəticəsində Bəlxdə dövlət qurumları, özəl sektor və yaşayış evləri "Wi-Fi"dan məhrum olub. Hazırda əyalətdə yalnız mobil şəbəkələr işləyirlər.
Nümayəndə qeyd edib ki, ölkədə ehtiyacları qarşılamaq üçün alternativ şəbəkə qurulacaq. Bununla belə, o, məhdudiyyətlərin digər əyalətlərə şamil edilib-edilməyəcəyini dəqiqləşdirməyib.
Londonda yerləşən "Afganistan International" nəşri bildirib ki, Bəlxdən başqa Qəndəhar, Uruzqan, Hilmand və Nimroz əyalətlərində də internet xidməti kəsilib.
Избранный
36
2
oxu.az

1Источники