RU

Türkiyə kəşfiyyat rəhbəri Suriyada Əhməd əş-Şaara ilə görüşüb

Suriyada səfərdə olan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ölkə prezidenti Əhməd əş-Şaara ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri, İŞİD-lə mübarizə, sərhəd təhlükəsizliyi, iqtisadi vəziyyət və Suriyadakı qaçqınların könüllü şəkildə geri qayıdışı müzakirə olunub.

Tərəflər həmçinin bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. 

 

Musavat.com

Избранный
29
musavat.com

1Источники