Portuqaliyalı mütəxəssis Joze Mourinyonun "Benfika" klubuna təyinatı gözlənilir.
Offsideplus.az xəbər verir ki, dünən "Qarabağ"a məğlub olan klubda baş məşqçi Bruno Laj qovulub.
Məhz bundan sonra baş məşqçilik üçün Joze Mourinyoa təklif göndərilib və onunla ilkin razılıq əldə olunub.
Portuqaliyalı baş məşqçi də bunu təsdiqləyib: "Benfika məndən bu təyinatla maraqlanıb-maraqlanmadığını soruşdu və mən də "Bəli" dedim. "Benfika"ya "yox" deyə biləcək bir məşqçi yoxdur. Görək nə olacaq" - deyə mütəxəssis iddiaları təsdiqləyib.
Qeyd edək ki, onun bu günlərdə rəsmən təyinatı gözlənilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта