RU

Almaniyada kimya zavodunda qəza olub, ölən və yaralılar var

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Almaniyanın Saksoniya-Anhalt torpağının Amsdorf şəhərindəki Romonta kimya zavodunda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Qeyd edək ki, hadisə səhər tezdən təmir işləri aparılan zaman baş verib. Polis zavodda təhlükəli maddələrin sızması barədə məlumat verib.

Zavodun iki əməkdaşı xəstəxanada müalicə olunur. Digər iki yaralı isə xilasetmə işləri aparan tibb işçiləridir. Onların xəsarətlərinin xarakteri məlum deyil.

Romonta ayaqqabı boyası və cilalanması üçün istifadə edilən mineral mum istehsalı üzrə dünyanın ən böyük istehsalçısıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
6
azxeber.com

7Источники