RU

"Şevalye Donnarummadan geri qalmayacaq"

PSJ-nin kapitanı Markinyos klubun yeni qapıçısı Luka Şevalyenin əvvəlki italyan oyunçu Canluici Donnarrummadan geri qalmayacağına inanır.

90deqiqe.Az xəbər verir ki, "pianetamilan.it" futbolçunun fikirlərini belə çatdırıb:

"Donnarumma klubda çıxış etdiyi illərdə tez-tez tənqid olunurdu, amma məhz onun oyunları PSJ-yə keçən mövsüm arzulanan Çempionlar Liqasını qazandırdı. Luka artıq komandaya uyğunlaşıb. Tələblər yüksəkdir, çünki o, hörmətli qapıçının yerinə gəlir, amma biz onun potensialına inanırıq. O, zirvəyə çata bilər və ümid edirik ki, komandamız üçün eyni dərəcədə önəmli olacaq"

Xatırladaq ki, Donnarumma yay transfer pəncərəsində "Mançester Siti"yə keçib.

Избранный
37
90deqiqe.az

1Источники