RU

Müharibənin bir ili Ukraynaya 120 milyard dollara başa gəlir – Zelenski  

Ukrayna hakimiyyəti müharibənin sona çatmasında maraqlıdır, lakin bu baş verməsə, 2026-cı ildə ölkə 120 milyard dollar tapmalıdır.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib: "Bir ilin qiyməti 120 milyard dollardır. 60 milyard Ukrayna büdcəsidir və biz hələ gələn il üçün 60 milyard dollar tapmalıyıq Bizim üçün A planı müharibəni bitirmək, B planı isə 120 milyard dollar tapmaqdır".

Bundan əvvəl baş nazir Yuliya Svırıdenko bəyan etmişdi ki, Ukraynanın 2026-cı il üçün büdcə layihəsi hərbi əməliyyatların davam edəcəyini nəzərə alaraq hazırlanır. Bu arada, Ali Radanın hakim “Xalqın qulluqçusu” partiyasından olan deputatı Heorhiy Mazuraşu qeyd edib ki, sentyabrın 16-da fraksiya üzvləri ilə görüşdə Zelenski bu vəsaitləri xaricdə axtarmaq niyyətini vurğulayıb.

 

Musavat.com

Избранный
12
1
musavat.com

2Источники