RU

"Qələbə komandaya inam verəcək"

"Atletiko"nun qapıçısı Yan Oblak Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Liverpul"la oyundan öncə komandasının hazırliyini dəyərləndirib. 

90deqiqe.Az xəbər verir ki, "Marca" qolkiperin fikirlərini belə çatdırıb:

"Fikrimcə, komandamız yaxşı vəziyyətdədir. Açığı, ilk üç oyunda qələbə qazana bilməmək çətindir. Düşünmürəm ki, nəticələrdə əks olunan oyun səviyyəmizlə bağlıdır: iki heç-heçə və bir məğlubiyyət oldu. Buna görə də 'Vilyarreal'la qarşılaşma böyük önəm daşıyırdı. Üç xal çox vacibdir və bu, komandaya mövsümdə ən yaxşı çıxışı göstərmək üçün inam verəcək. Bizim başladığımız kimi çətin başlamaq asan deyil, xüsusən də yeni gələnlər üçün. Buraya gələn hər kəs qələbə üçün çalışır və bu, hamımızın istədiyi şeydir"

Qeyd edək ki, Madrid klubu La Liqada "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub edib.

Избранный
39
90deqiqe.az

1Источники