RU

"Mançester Yunayted" rekord gəlir əldə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mançester Yunayted" maliyyə ili üzrə hesabatı dərc edib və rekord gəlir əldə etdiyi barədə məlumat verib.
Oxu.Az bildirir ki, bu barədə İngiltərə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, 2024/25 mövsümü ərzində klub UEFA Çempionlar Liqasında oynamamasına baxmayaraq, 666,5 milyon funt-sterlinq gəlir əldə etməyi bacarıb.
Bu, 2023/24 mövsümünün nəticələrindən 4,7 milyon funt-sterlinq çoxdur.
Buna, eləcə də 300-ə yaxın əməkdaşın işdən çıxarılmasına baxmayaraq, "qırmızı şeytanlar"ın xalis itkisi 33 milyon funt-sterlinq təşkil edib.
Qeyd edək ki, 2024/25 mövsümündə "Mançester Yunayted" Premyer Liqanı 15-ci pillədə başa vurub. Bu, klubun İngiltərə Premyer Liqasında ən pis nəticəsi olub.
Избранный
33
2
oxu.az

5Источники