
Türkiyə Meteorologiya Xidməti ölkənin bir sıra bölgələrində havanın kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq yayıb. Maraqlıdır, Türkiyədə gözlənilən kəskin istilər Azərbaycana da təsir göstərə bilərmi?
Gender.Az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov Konkret.az-a açıqlamasında Azərbaycanın coğrafi şəraitinin Türkiyə ilə müqayisədə fərqli olduğundan iqlim və hava şəraitinin də başqa olduğunu bildirib.
"Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son proqnozlarında qeyd olunur ki, sentyabr ayından etibarən La Nina hava və iqlim modellərinə müvəqqəti soyutma təsiri göstərə bilər. Buna baxmayaraq payız fəslinə xas olan bəzi meteoroloji göstəricilər norma daxilində tərəddüd edəcək.
Yaxın günlərdə ölkəmizin sinoptik şəraitində qeyri-sabitlik müşahidə olunacaq. Fasilələrlə yağan yağıntıların sentyabrın 22-dək davam edəcəyi gözlənilir", - deyə C.Hüseynov əlavə edib.
Ekspert əlavə edib ki, Türkiyədəki kəskin istilərin Azərbaycana eyni dərəcədə təsiri gözlənilmir.