RU

Süni intellekt Yaponiyada partiya lideri olacaq...

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Partiya üzvləri arasında maliyyə resurslarının bölüşdürülməsinə süni intellekt cavabdeh olacaq...

Yaponiyanın “Dirçəliş Yolu” Partiyası elan edib ki, onun “yeni lideri” süni intellekt olacaq.

SİA-nın məlumatına görə, bu barədə The Japan Times yazır. Mətbuat konfransı zamanı özünü partiyanın “yeni liderin köməkçisi” adlandıran Kyoto Universitetinin süni intellekt üzrə tədqiqat proqramının aspirantı Koki Okumura “Yeni lider süni intellekt olacaq” deyib.

25 yaşlı Okumura bu yaxınlarda partiya seçkilərində qalib gələrək hərəkatın qurucusu Şinji İşimoranın yerinə keçib. Onun sözlərinə görə, süni intellekt partiyanın siyasətini təyin etməyəcək, ancaq "maliyyə resurslarının partiya üzvləri arasında bölüşdürülməsi" kimi məsələlərə diqqət yetirəcək.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
5
sia.az

6Источники