ABŞ mətbuatında yayılan xəbərlərə görə, prezident Donald Trampın Londona rəsmi səfəri zamanı onun "Air Force One" təyyarəsi havada toqquşma təhlükəsi ilə üzləşib.
Turkustan.az xəbər verir ki, hadisə sentyabrın 16-da, çərşənbə axşamı Lonq Aylend üzərində baş verib. Məlumata görə, “Spirit Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ilə Trampın təyyarəsi eyni hündürlükdə uçarkən təhlükəli vəziyyət yaranıb.
Hava nəqliyyatı dispetçerləri son anda Spirit pilotlarını kursu dəyişməyə çağırıb. Müdaxilədən sonra hər iki təyyarə bir neçə mil məsafədə təhlükəsiz şəkildə ayrılıb və insidentin qarşısı alınıb.
Aytən Yaşar/ Turkustan.az