RU

"Uşaqların tərbiyəsini Vüqarın pis düşüncələri pozur" - VİDEO

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülova yenidən əsəbiləşib.

Bizim.Media xəbər verir ki, müğənni "Günə uğurla" verilişində meyxanaçının barışıq təklifindən imtina edib.

O bildirib ki, Vüqar onu təhqir edib: "Elza Seyidcahanı Yazıçılar Birliyinə üzv seçənlər şair deyil? Siz söz xiridarısınız, şair yox. Məni təhqir etdi. Onu yenə polisə şikayət edə bilərəm. Deyir ki, uşaqların tərbiyəsini pozur.

Uşaqların tərbiyəsini sizin pis düşüncələriniz poza bilər. Sənətkar sənətkarı başa düşməlidir. Elza Seyidcahan tək külüng vuranda onlar prodüser hesabına gəlirdilər.

Elza fəlsəfəsi, poeziyası o qədər dərindir ki, başa düşmürsən. Desin ki, Elza maarifləndiricidir. Mənə şər atır. Mənim haqqımda gözəl sözləri az deyir. Vüqar getsin Yazıçılar Birliyinin üzvü olsun sonra məni təhlil etsin. Özünü çox istəsin, şairliyini aşağı salmasın. Getsin yerini bilsin. Mənim yaradıcılığımı təhlil edə bilməz.

Qeyd edək ki, onlar arasındakı qalmaqala səbəb Vüqarın Seyidcahanın şeirlərini tənqid etməsi olub.

Bu günlərdə isə meyxanaçı müğənniyə barışıq əli uzadaraq "Elza Seyidcahan gözəl insan və bəstəkardır. Bəzi şeirlərində olan çılpaq sözlərə irad bildirmişəm. Bu da onun xətrinə dəymişdi. Dedim, Elza xanım, sizin nə şərəf, nə ləyaqətinizə toxunmamışam. Bir tamaşaçı kimi şeirinizə nəsə deməyə ixtiyarım var. Onun bir şeirini parodiya etdim. Sonra barışdıq. O cür mahnılar bəstələyib, onu necə sevməyə bilərsən? Sadəcə, yazdığı şeirlər insanları qıcıqlandırır.

İstəmirəm uşaqlarımız elə açıq-saçıq sözlər olan şeirləri dinləsin" sözlərini deyib. (axsam.az)



Bizim.Media

Избранный
24
bizim.media

1Источники