RU

Xankəndidə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert (FOTO)

Bakı. Trend:

Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin140 illiyi münasibətilə Xankəndi şəhərində möhtəşəm musiqi axşamıtəşkil olunub.

Trend xəbər verirki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, Xankəndi şəhəri Konqres Mərkəzində keçirilənkonsert proqramında Bakı Musiqi Akademiyasının tələbə simfonikorkestri səhnəyə çıxaraq unudulmaz musiqi bayramı bəxş edib.

Orkestrin dirijorluğunu Ramiz Məlikaslanov, bədii rəhbərliyiniisə xalq artisti, professor Fərhad Bədəlbəyli həyata keçirib.Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə yanaşı, dünyamusiqi xəzinəsinin incilərindən F. Mendelsonun simfoniyası dasəslənib. Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Xankəndidəkeçirilən bu tədbir, həm mədəni, həm də simvolik baxımdan çoxönəmli hadisədir. Xankəndidə belə bir tədbirin təşkili şəhərinmədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycanmusiqisinin yenidən səslənməsinə işarədir.

Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərinbərpası baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, konsertproqramında Azərbaycan Respublikası Prezidentinin Xankəndişəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyininəməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaBərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, QarabağUniversitetinin professor-müəllim heyəti və tələbələri, MilliMəclisin deputatı Polad Bülbüloğlu, həmçinin ictimaiyyətnümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən QarabağUniversitetinin rektoru Şahin Bayramov və xalq artisti, professorFərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşərək,Xankəndidə olmağın və bu şəhərdə belə bir konsertin keçirilməsinimöcüzə adlandırıblar. Onlar bildiriblər ki, bu, azad Xankəndidəkeçirilən ilk musiqi festivalıdır və belə bir tarixi hadisənin məhzdoğma Xankəndidə reallaşması xüsusi qürur hissi doğurur.

Millət vəkili Polad Bülbüloğlu da çıxışında deyib ki, Xankəndidəbu konsert proqramına tamaşa etmək onun çoxdankı arzusu olub:“Uzunillər biz bu cür tədbirləri yalnız Bakıda keçirmək məcburiyyətindəqalırdıq. Artıq bir neçə ildir ki, torpaqlarımız azaddır və bu günbelə tədbirlər doğma Qarabağda keçirilir. Üzeyir Hacıbəylinin 140illiyinin azad olunmuş torpaqlarda Xankəndidə və Şuşada qeydolunması böyük xoşbəxtlikdir. Xankəndidə Qarabağ Universitetininaçılması və onun incəsənət fakültəsinin fəaliyyət göstərməsi isəayrıca qürurverici hadisədir.”

Qeyd edək ki, konsert proqramı sentyabrın 18-də Şuşa şəhərindədə davam etdiriləcək.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Избранный
2
12
az.trend.az

10Источники