RU

“Real"da ciddi itki

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Marsel”lə qarşılaşmada zədələnən “Real Madrid”in müdafiəçisi Trent Aleksander-Arnoldun durumuna aydınlıq gətirilib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müayinələr nəticəsində futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb. İngiltərəli müdafiəçinin təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xatırladaq ki, “Real Madrid” – “Marsel” oyunu Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Избранный
25
90deqiqe.az

1Источники