RU

ABŞ Aİ-ni Hindistan və Türkiyədən Rusiya xammalından istehsal olunan neft məhsullarının idxalını bloklamağa çağırıb

ABŞ Aİ-ni Hindistan və Türkiyədən Rusiya xammalından istehsal olunan neft məhsullarının idxalını bloklamağa çağırıb

ABŞ hesab edir ki, Avropa İttifaqı ölkələri yalnız Rusiyadan birbaşa maye təbii qaz (MTQ) idxalını deyil, həmçinin Hindistan və Türkiyədə Rusiya xammalından istehsal edilən neft məhsullarını da dayandırmalıdır. Vaşinqtonun fikrincə, bu addım Avropanın Rusiya enerji resurslarından tam imtinasına və ABŞ-ın neft və MTQ-sinə keçidinə imkan yaradacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib. Analitiklər isə bu planları reallıqdan uzaq hesab edirlər.

Xatırladaq ki, iyul ayında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampa vəd edib ki, Aİ ölkələri Rusiya enerji resurslarının istənilən idxalını tamamilə qadağan edəcək. Bunun əvəzində Aİ ABŞ-dan neft, qaz, nüvə avadanlıqları və yanacaq alacaq, ümumilikdə isə 750 milyard dollar dəyərində enerji resursları tədarük edəcək və əlavə olaraq ABŞ iqtisadiyyatına 600 milyard dollar həcmində sərmayə yatıracaq.

Избранный
32
afn.az

1Источники