RU

Rusiyanın NATO ilə toqquşma riskləri artır: Putini niyə dayandırmaq olmur? - ŞƏRH

Vladimir Putinin Ukraynaya qarşı müharibəsi artıq təkcə bir ölkənin ərazi bütövlüyü uğrunda mübarizə deyil, bu, bütöv Avropanın təhlükəsizlik sisteminə meydan oxumağa çevrilib. Rusiyanın davamlı hücumlarına və genişlənən ambisiyalarına baxmayaraq, Qərb onu dayandırmaqda aciz görünür.

Bunun əsas səbəblərindən biri kimi beynəlxalq birlikdə vahid və qətiyyətli strategiyanın olmaması göstərilir. ABŞ və Avropa ölkələri silah və maliyyə yardımları ilə Ukraynanı dəstəkləsə də, bu, Putini geriyə çəkilməyə məcbur etməyə kifayət etmir.

Eyni zamanda, Kreml artıq növbəti mərhələyə hazırlaşır. Qərb kəşfiyyat qurumları və təhlükəsizlik analitikləri xəbərdarlıq edirlər ki, Rusiya növbəti təzyiq nöqtəsi kimi Şərqi Avropa ölkələrinə, xüsusilə Polşaya baxır. Son aylarda Rusiya tərəfindən Polşa sərhədlərinə yönəlik informasiya təxribatları, hava məkanının pozulması və regionda sabitliyi hədəfə alan digər fəaliyyətlər bu ehtimalları gücləndirir.

Digər mühüm amil isə Çinin mövqeyidir. Rəsmi Pekin özünü neytral tərəf kimi təqdim etsə də, iqtisadi əlaqələr və siyasi ritorika baxımından Rusiya ilə sıx koordinasiyada hərəkət edir.

Maraqlıdır görəsən, Putini niyə dayandırmaq mümkün deyil? Ukraynadan sonra növbəti hədəf Polşa ola bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Meyiti

Samir Hümbətov

Əslində Rusiyanı dayandırmaq üçün kifayət qədər imkanlar var, sadəcə görünür ki, qərb ölkələri bunu istəmir. Bəli, Rusiyanı yalnız sanksiyalarla durdurmaq çətindir. Rusiya güc məsələsinə çox əhəmiyyət verir; real güc göstəriciləri qarşısında geri çəkilə bilər. Lakin Avropa, ABŞ və digər qərb dövlətləri bu istiqamətdə kifayət qədər hərəkət etmir. Ukraynaya verilən hərbi yardımlar da yetərli deyil, verilən silahlar Rusiyanı məğlub etməyə kifayət etmir.

Əgər daha geniş miqyaslı və daha güclü arsenal verilərsə, Ukrayna daha effektiv döyüşə bilər və Putin də bunun nəticəsində danışıqlara meyl göstərə bilər. Putinin gördüyü odur ki, Avropa və ABŞ-ın indiyədək verdiyi yardımlar Rusiyaya qarşı tam üstünlük qazandırmağa yetmir. Hətta ən güclü silahlar belə vaxtında və kifayət qədər çatdırılmasa, onların təsiri zəifləyir, bu da müharibənin gedişinə təsir edir.

Ukraynadan sonra növbəti hədəfin Polşa ola biləcəyi də istisna edilmir. Lakin belə uzunmüddətli münaqişə Rusiya üçün asan başa gəlməyə bilər. Hazırkı vəziyyətdə Moskva artıq Ukrayna bataqlığında ilişib qalıb. Əgər münaqişə daha da genişlənərək NATO üzvü olan Polşaya qədər uzanarsa, bu, Rusiya üçün ciddi strateji səhv – birmənalı olaraq öz ayağına sıxmaq anlamına gələ bilər.

Aytən Yaşar/ Turkustan.az

Избранный
8
1
turkustan.az

2Источники