RU

Prezident Fətəli xan Xoyskinin 150 illik yubileyilə bağlı sərəncam imzalayıb


Prezident İlham Əliyev görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Gender.Az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi birgə şəkildə Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayaraq həyata keçirəcəklər.
Bundan əlavə, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, bu il Fətəli xan Xoyskinin 150 illiyi tamam olur.
Избранный
25
3
gender.az

10Источники