RU

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Azərbaycana gələcək

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos sentyabrın 18-də Bakıda olacaq.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, səfər Azərbaycan-Ermənistan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq.

Diqqətə çatdırılıb ki, komissar M.Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşlər keçirəcək.

Komissar Ağdama da səfər edəcək və orada minatəmizləmə fəaliyyəti ilə məşğul olan nümayəndələrlə görüşəcək.

Избранный
12
19
7times.az

10Источники