RU

Zelenski ABŞ-yə səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-yə səfər edəcək.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy məlumat verib.

Onun sözlərinə görə, Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutacaq 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək.

G. Tixiy xatırladıb ki, bu il Ukrayna BMT Baş Assambleyasının yüksək səviyyəli seqmenti çərçivəsində Krım Platformasının beşinci beynəlxalq sammitinə ev sahibliyi etməyə hazırlaşır. Həmçinin, BMT Təhlükəsizlik Şurasının “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda yüksək səviyyəli iclasının keçirilməsi də nəzərdən keçirilir.

O, xarici işlər naziri Andriy Sıbiqanın ayrıca bir sıra tədbirlər və danışıqlara sədrlik edəcəyini də vurğulayıb.

Избранный
12
7
adalet.az

8Источники