RU

Zəngəzur dəhlizi Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar açır Macar ekspert

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

ABŞ-ın dəstəklədiyi Zəngəzur dəhlizi ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" - TRIPP) Cənubi Qafqaz regionu üçün yeni iqtisadi imkanlar yaradacaq. O iqtisadi cəhətdən birbaşa Mərkəzi Asiya və Çin ölkələrini Orta Dəhlizlə birləşdirməklə Türkiyə-Naxçıvan-Azərbaycan quru əlaqəsini təmin etmiş olur. Zəngəzur dəhlizi ənənəvi Rusiya və İran marşrutlarından asılılığı azaltmaqla Avrasiya yükdaşımalarında səmərəliliyi və dayanıqlılığı da artıracaq.

Bu fikirləri AZƏRTAC-a Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun baş müşaviri, Szent İstvan Universiteit professoru Laszlo Vaşa bildirib.

“Nəqliyyatla yanaşı, layihə enerji, rəqəmsal və mühəndis infrastrukturu özündə birləşdirmək potensialına da malikdir. Dəhliz boyunca fiber-optik, qaz və elektrik enerjisi infrastrukturunun inteqrasiyası regional enerji təhlükəsizliyini gücləndirəcək və rəqəmsal bağlantıya təkan verəcək. Naxçıvanda yaradılacaq yeni logistika qovşaqları, sərhədyanı müəssisələr, tikinti layihələri məşğulluq imkanlarını artıracaq və yeni gəlir mənbələri yaradacaq. Dəhlizin strateji əhəmiyyəti həm də onun sabitliyə verdiyi töhfədədir”, - deyə Laszlo Vaşa vurğulayıb.

Professorun sözlərinə görə, bu ilin avqust ayında imzalanmış Vaşinqton sazişi ABŞ-ın Cənubi Qafqaz əlaqələrində birbaşa maraqlı tərəf kimi çıxış etməsinə şərait yaratdı: “Bu razılaşma Ermənistan-Azərbaycan gündəmini ərazi mübahisələrindən infrastruktur əsaslı əməkdaşlığa çevirməklə regional münasibətləri praqmatik normallaşmaya doğru istiqamətləndirir. Razılaşma ikitərəfli münasibətlərdə bir neçə yeni səhifə aça bilər. Bunlardan birincisi, əlaqələr üçün platforma yaratmasıdır. Bura uyğunlaşdırılmış gömrük prosedurları, əlaqələndirilmiş dəmir yolu əməliyyatları və inteqrasiya olunmuş enerji və rəqəmsal magistrallar daxildir. İkincisi, o dəhliz monitorinqi, insidentlərin qarşısının alınması mexanizmləri və mübahisələrin həlli kanalları daxil olmaqla, təhlükəsizlik arxitekturası rolunu oynayır. Üçüncüsü isə, dəhliz regionun xarici əlaqələrini genişləndirir: Ermənistan Qərbin iqtisadi dəstəyinə və inteqrasiyasına daha çox çıxış əldə edir, Azərbaycan isə ABŞ, Türkiyə və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək üçün dəhlizdən istifadə edir”.

Ekspert onu da əlavə edib ki, TRIPP layihəsinin dayanıqlı olması üçün onu tək Şərq-Qərb dəhlizi deyil, daha geniş, çoxistiqamətli bağlantı strategiyasının bir elementi kimi formalaşdırmaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
2
azertag.az

3Источники