Avropa Parlamenti Kiyevdə daimi nümayəndəliyini açmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola məlumat verib.
“Əməkdaşlığımızı daha da gücləndirmək üçün biz Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyini açacağıq ki, sizinlə hər gün birlikdə işləyə bilək", - o Ali Radada çıxış edərkən deyib.
Qeyd edək ki, Avropa Parlamentinin sədri bu gün Kiyevə gəlib. Metsolanın səfəri zamanı Vladimir Zelenski və Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşləri planlaşdırılır.