RU

İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə edilib

Bakı, 17 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi Şirketi”nin ölkəmizdəki filialı, "Nort Vest Konstrakşn" MMC, "Alphademining" MMC və "Körpü-Bina-Tikinti" MMC-nin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə icra olunan məşğulluq proqramlarının mütəmadi olaraq genişləndirildiyini, həmin proqramların uğurlu icrasında işəgötürənlərlə fəal əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

İşğaldan azad edilmiş ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə birgə görülən işlərin nəticələri, qarşıda duran vəzifələr müzakirə olunub.

Избранный
11
8
azertag.az

9Источники