Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, bu dövrdə ən çox ehtiyac duyulan vitaminlərdən biri də C-dir:
"O, immunitet sistemini gücləndirir, soyuqdəymə və qripdən qoruyur. Onu nar, portağal, naringi, kivi, çiyələk, qırmızı bibər və kələmdən almaq mümkündür.
Payızda Günəş işığı azaldığı üçün D vitamini çatışmazlığı daha çox görülür. Bu vitamin sümük və əzələ sağlamlığı üçün vacibdir və əsasən, yumurta sarısı, balıq növləri və süd məhsullarında olur. A vitamini dəri və selikli qişaların möhkəmlənməsində, gözlərin sağlam qalmasında əhəmiyyətli rola malikdir və balqabaq, kök, ispanaq, brokoli kimi tərəvəzlərdə, həmçinin qaraciyərdə mövcuddur.
E vitamini isə güclü antioksidant kimi orqanizmi sərbəst radikallardan qoruyur və badam, fındıq, günəbaxan tumu və zeytun yağında çoxdur.
B qrupu vitaminləri, xüsusilə B6 və B12, sinir sistemi və enerji mübadiləsi üçün vacibdir və onları tam taxıllar, paxlalılar, yumurta, süd məhsulları, balıq və toyuq ətindən almaq olar".
10Источники
-
news24.azPayızda ən çox hansı vitaminə ehtiyacımız var? Mütəxəssis açıqladı ( 21443653)
-
demokrat.azPayızda hansı vitaminlərə daha çox ehtiyac var? ( 21453832)
-
moderator.azPayızda hansı vitaminlərə daha çox ehtiyac var? ( 21453694)
-
moderator.azPayızda orqanizmin vitaminlərə daha çox ehtiyacı var ( 21444688)
-
bakivaxti.azHansı vitamini hansı qidadan almaq olar? ( 21444382)
-
news24.azPayızda ən çox hansı vitaminə ehtiyacımız var? Mütəxəssis açıqladı ( 21443839)
-
az.trend.azPayızda hansı vitaminlərə daha çox ehtiyacınız var? - AÇIQLAMA ( 21443767)
-
redaktor.azPayızda hansı vitaminlərə daha çox ehtiyacınız var? ( 21443692)
-
redaktor.azPayızda hansı vitaminlərə daha çox ehtiyacınız var? ( 21443617)
-
musavat.comPayızda orqanizmin vitaminlərə daha çox ehtiyacı var ( 21443782)