RU

İsrailli fəallar BMT-yə səsləndi: “Fələstini tanıyın, müharibəni dayandırın!”

İsraildə Qəzza zolağına təxminən iki ildir davam edən hücumun dayandırılması və Fələstin Dövlətinin tanınması tələbi ilə bağlı bəyanat yayılıb. Məqsəd 10 mindən çox imza toplamaqdır.

Turkustan.az xəbər verir ki, 7600-dən çox israilli fələstinlilərə qarşı sistematik ayrı-seçkiliklə mübarizə aparmaq və iki dövlətli həll tərəfdarı olmaq üçün yaradılan qeyri-hökumət təşkilatı Zazim tərəfindən Fələstinin tanınması tələbi ilə bağlı bəyanat imzalayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bu ayın sonunda keçiriləcək sessiyasında “Müharibəyə Xeyr – Tanınmağa Bəli!” başlıqlı bəyannamə ilə bütün ölkələr Fələstin Dövlətini tanımağa çağırılıb.

Bəyannamədə beynəlxalq ictimaiyyəti Fələstin Dövlətinin tanınması istiqamətində addımlar atmağa məcbur etmək üçün İsraildən “yüksələn səs”ə ehtiyac olduğu vurğulanıb və məqsədin bu ayın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasına qədər 10 mindən çox imza toplamaq olduğu qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
34
1
turkustan.az

2Источники