RU

8 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 127 milyon manat daxil olub

2025-ci ilin yanvar-avqust ayları ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 34 hərrac keçirilib.

FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki,  hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manat təşkil edib.

Bununla yanaşı, 426-sı qeyri-yaşayış, 2728-i torpaq sahələri üzrə olmaqla 3154 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilmə və icarəsindən büdcəyə ümumilikdə 126,9 milyon manat vəsait daxil olub.

Избранный
8
7
fed.az

8Источники