RU

ABŞ təzyiqi, yoxsa İsrail qorxusu? - Yaponiya Fələstin dövlətini tanımaqdan niyə imtina etdi...


Yaponiya Fələstin dövlətini tanımaq niyyətindən geri addım adıb. “Asahi” qəzetinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Yaponiya hələlik Fələstin dövlətini tanımayacaq.

Mənbələri bu qərarın ABŞ-la strateji əlaqələri saxlamaq və İsrailin sərt reaksiyasının qarşısını almaq üçün verildiyini bildirib.

“Kyodo” xəbər agentliyinin məlumatına görə isə, ABŞ müxtəlif diplomatik kanallar vasitəsilə Tokioya Fələstin dövlətini tanımamaq üçün təzyiq edib. Bundan əvvəl isə Fransanın xarici işlər naziri Jan-Noel Barrot yaponiyalı həmkarını Fələstini tanımağa çağırıb.

Yaponiya xarici işlər naziri Takeşi İvaya çərşənbə axşamı bildirmişdi ki, Yaponiya “müvafiq zaman və üsullarla Fələstin dövlətinin tanınması məsələsini hərtərəfli nəzərdən keçirir”.

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi İsrailin Qəzza şəhərinə qurudan hücumu ilə bağlı “ciddi böhran hiss etdiklərini” ifadə edib. İki dövlətli həllin əsaslarının çökə biləcəyini deyən Hayaşi, İsraili aclıq da daxil olmaqla, ciddi humanitar böhrana ən qısa zamanda son qoymaq üçün konkret addımlar atmağa çağırıb.

Yaponiya BMT-nin keçən həftə keçirilən iclasında İsrail və Fələstin arasında iki dövlətli həll yolunda “konkret, vaxt məhdud və geri dönməz addımlar” nəzərdə tutan bəyannaməni dəstəkləyən 142 ölkə arasında olub. Həmin iclasda Böyük Britaniya, Fransa, Kanada və Avstraliya kimi ölkələr Fələstin dövlətini tanıyacaqlarını bəyan ediblər. Ümumiyyətlə bu məsələdə G7 ölkələri arasında açıq fikir ayrılıqları müşahidə edilir. Böyük Britaniya və Fransa Fələstini tanımağa hazırlaşır, Almaniya və İtaliya isə hesab edir ki, “dərhal tanınma əks-effekt verə bilər”.

TAHİR

Избранный
48
baki-xeber.com

1Источники