RU

Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edənlər məsuliyyətə cəlb olunacaq

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edənlər məsuliyyətə cəlb olunacaq.

APA-nın xəbərinə görə, bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbul edilməsinin qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə müvafiq normativ hüquqi akt layihələri hazırlanacaq və təsdiq üçün aidiyyəti üzrə təqdim ediləcək.

Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə 2025-ci ildə təkliflər verməli, müvafiq normativ hüquqi akt layihələri aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı, müvafiq normativ hüquqi akt layihələrinin təsdiq üçün aidiyyəti üzrə təqdim edilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
3
apa.az

3Источники