RU

İranda Zelenskiyə məktub yazan Mossad casusu edam olundu

İranda Mossad agenti Babək Şahbazinin edam olunması ilə bağlı başqa təfərrüat ortaya çıxıb.

İran xüsusi xidmət orqanlarının diqqətini Şahbazinin Rusiya-Ukrayna müharibəsinin başlamasından qısa müddət sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə göndərdiyi məktub çəkib. Həmin məktubda o, Kiyevə texniki yardım təklif edib. Tehran üçün siyasi çağırış kimi qiymətləndirilən bu addım 6 yanvar 2024-cü ildə onun həbsi ilə nəticələnib.

Həbsdən sonra Şahbazi yeddi ay təkadamlıq kamerada saxlanılıb. Hüquq müdafiəçilərinin məlumatına görə, o, özünü təqsirli bilməyib.

İşə “siyasi işlər üzrə sərt hökmləri” ilə tanınan və “ölüm hakimi” adlandırılan Əbolqasem Salavatinin icraatında baxılıb. 2025-ci ilin mayında məhkəmə Şahbazini casusluqda və “yer üzündə fəsad yaymaqda” təqsirli bilərək ölüm hökmü çıxarıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bəri İran hakimiyyəti İsrail xeyrinə casusluqda ittiham edilən ən azı səkkiz nəfəri edam edib, onların altısı qısamüddətli İran-İsrail müharibəsindən sonra edam olunub. 2024-cü ildə dünyada həyata keçirilən bütün edamların 64%-i İrana aid olub, 2025-ci ilin ilk altı ayında isə ölkədə 612 nəfər dar ağacından asılaraq edam edilib.

***
10:29

İranda Mossad casusu edam olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Mossad casusu Babək Şahbazi Ali Məhkəmənin hökmü təsdiqləməsindən sonra bu gün səhər saatlarında öldürülüb.

Qeyd olunur ki, o, İsrail xüsusi xidmət orqanlarının əməkdaşları ilə informasiya, kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlıq edib və məlumat mübadiləsi aparıb.

Rəhmxuda oğlu Babək Şahbazi sənaye soyuducu qurğularının dizaynı və quraşdırılması sahəsində podratçı kimi telekommunikasiya, hərbi və təhlükəsizlik qurumlarına bağlı şirkətlərdə fəaliyyət göstərib.

Şahbazi öz peşəsi (məişət və sənaye soyuducu qurğularının dizaynı və quraşdırılması) sayəsində ölkənin mühüm telekommunikasiya, hərbi və təhlükəsizlik infrastrukturlarına daxil olur, onların məlumat mərkəzlərinin xüsusiyyət və koordinatları haqqında məlumatlı olurmuş.

Избранный
6
turkustan.az

1Источники