RU

MTM: Azərbaycanda hər 10 evdən 9-nun interneti var 

2015-2024-ci illərdə Azərbaycanda internetlə təmin olunan ev təsərrüfatlarının sayı 13,5 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında təhlil hazırlayıb.

2024-cü ilin nəticələrinə əsasən, ölkədəki mənzillərin 90,2 faizi internetə çıxışla təmin edilib. 2015-ci ildə ölkədəki mənzillərin cəmi 76,7 faizinin internetə çıxışı var idisə, 2019-cu ildə bu göstərici 79,1 faiz olub. Növbəti bir il ərzində ölkədəki evlərin daha 5,7 faizi internetə çıxış əldə edib və 2020-ci ildə mənzillərin 84,4 faizinin internetə çıxışı təmin edilib. Növbəti 4 ildə isə yüksək tempdə artım qeydə alınıb və sözügedən göstərici 90,2 faizə çatıb.

Qeyd edək ki, son 5 ildə Azərbaycanda evlərin internetlə təmin olunması işləri daha sürətlə aparılıb və bunu aşağıdakı cədvəldən də görmək mümkündür.

Rəsmi rəqəmlər əsasında aparılan təhlil göstərir ki, 2024-cü ildə əhalinin 68,8 faizi mobil telefonlar vasitəsilə internetdən istifadə edib. Buna səbəb əlbəttə ki, mobil telefonların daşınmasının digər qurğular ilə müqayisədə daha əlverişli olmasıdır.

İnternetdən istifadə vasitələri arasında ikinci sırada 20,6 faizi ilə kompüterlər yer alıb. Bu sıraya həm masaüstü kompüterlər həm də noutbuklar (notebook) daxildir.

8,6 faizi ilə planşet internetə daxil olan vasitələr sırasında üçüncü sırada qərarlaşıb.

Telefon və kompüterlərə nisbətən planşetlərin daha az istifadə olunması statistikaya təsir edən əsas amildir.

Qalan 2 faizi isə digər qurğuların payına düşür. Bu qurğulara misal olaraq oyun konsollarını, ağıllı saatları və s. göstərmək olar.

Əhalinin internetə çıxışı olmayan hissəsinin 37,8 faizinin bu xidmətdən istifadə etməməsinin əsas səbəbi istifadə bacarıqlarının olmamasıdır. Ölkə əhalisinin 35,7 faizi internetə ehtiyacının olmadığını, 9,8 faizi isə internet paketlərinin və ya abunə haqlarının baha olmasını səbəb göstərib. Əhalinin 6,5 faizi interneti zərərli hesab edir və ona görə də internetdən istifadə etmir. İnternet istifadəçisi olmayanların qaıan 10,2 faizi isə digər səbəblərdən bu xidmətdən imtina etdiyini bildirir.

Избранный
15
3
azerbaijan-news.az

4Источники