RU

Tayland əsgərləri Kamboca vətəndaşlarına hücum etdi: Çoxlu yaralı var

Tayland

Taylandın torpaq mübahisəsi yaşadığı Kamboca sərhədinə tikanlı məftil çəkməsi səbəbiylə Kamboca vətəndaşları ilə Tayland əsgərləri arasında baş verən toqquşmada təxminən 10 kambocalı yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, Kamboca mərkəzli Khmer Times qəzetinin məlumatına görə, sərhəddəki Banteay Meanchey əyalətinin Ou Chrov bölgəsində kambocalılar, Tayland əsgərlərinin sərhədə tikanlı məftil çəkməyə çalışmasını etirazla qarşılayıb.

Banteay Meanchey qubernatoru Oum Reatrey açıqlamasında, Tayland əsgərlərinin kambocalılara gözyaşardıcı qaz və plastik güllələrlə qarşılıq verdiyini, hadisə nəticəsində təxminən 10 nəfərin yaralandığını bildirib.

Taylandda yayımlanan Bangkok Post qəzetinin məlumatına görə, rəsmilər sərhəddəki Khok Sung bölgəsi yaxınlığında kambocalı vətəndaşların Taylandlı rəsmilərə "hücum etdiyini" ifadə edib.

Rəsmilər, baş verən toqquşmada kambocalıların tikanlı məftillərə ziyan verdiklərini və bir hissəsini qaldırdıqlarını iddia ediblər.

Tayland Krallıq Ordusunun (RTA) ABŞ-da yerləşən Facebook hesabında yayımlanan məlumatda, kambocalıların hadisə yerindən uzaqlaşdırılması üçün plastik güllələr və gözyaşardıcı qaz istifadə edildiyi qeyd edilib və "Kamboca, razılaşmaları pozdu və düşmənçilik göstərdi" ifadələri yer alıb.

Məryəm Quliyeva

Избранный
19
xalqcebhesi.az

1Источники