RU

Uşaq sayı ən çox olan ölkələr hansılardır?

BMT-nin 2025-ci il üçün açıqladığı məlumatlara görə, dünyada ən çox uşaq əhalisi Hindistan, Niger, Nigeriya, Pakistan və Filippindədir. Uşaqların ümumi əhalidəki payı ölkələrin sosial və iqtisadi siyasətinə təsir göstərir.

AzEdu.az xəbər verir ki, Hindistanda təxminən 436,6 milyon uşaq yaşayır və bu, ölkə əhalisinin 30%-ni təşkil edir. Nigerdə 14,1 milyon uşaq var və uşaqların ölkə əhalisindəki payı 54%-dir. Nigeriyada isə 110,2 milyon uşaq yaşayır ki, bu da ümumi əhalinin 48%-idir. Pakistan 107,7 milyon uşağı ilə dördüncü yerdədir, burada uşaqlar ölkə əhalisinin 43%-ni təşkil edir. Filippində 39,7 milyon uşaq yaşayır ki, bu da əhalinin 35%-idir.

Ekspertlər bildirir ki, uşaqların yüksək payı təhsil, səhiyyə və sosial xidmətlərin planlaşdırılmasında nəzərə alınmalıdır. Bu, gələcəkdə ölkələrin iqtisadi və sosial inkişafını birbaşa təsir edə bilər.

Избранный
30
azedu.az

1Источники