RU

Ukrayna müharibəsində hərbi, siyasi və iqtisadi zərbə alan Rusiya çöküş dönəminə keçib, imperiya dağılacaq

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukraynanın Rusiyanın neft-qaz infrastrukturuna zərbələr endirmə kampaniyası Rusiyanı öz təcavüzü üçün əsas maliyyə mənbəyindən məhrum etməklə yanaşı, həm də Rusiyanın arxa cəbhəsində ictimai-siyasi vəziyyəti qeyri-sabitləşdirir. Bu, 1917-ci il Fevral İnqilabı ərəfəsində rus cəmiyyətinin necə destabilizasiyasına bənzəyir, Forbes yazır. "Putin tez-tez özünü imperiyanı bərpa edən çarların varisi kimi təqdim edir. Lakin o, Birinci Dünya Müharibəsi zamanı, həddindən artıq genişlənmiş cəbhələr və daxili iğtişaşları xaricdəki düşmən kimi təhlükəli vəziyyətə saldığı zaman çar II Nikolayı xatırlamalıdır", - məqalə müəllifləri qeyd edirlər.Ukryana müharibəsi Rusiyanı 1917-ci il inqilabı dövrünə qaytara bilərmi?

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, həm Birinci Dünya müharibəsi, həm də İkinci Dünya müharibəsi dörd ildən artıq çəkməyib, hətta İkinci Dünya müharibəsinin aktiv fazası 1941-1945 illər hesab olunur.

“İndiki halda Rusiyanın Ukraynaya təcavüzündən sonra bu iki dövlət arasında olan müharibə üç il yarımdan artıq davam edir. "Bu müharibə hər iki tərəfdən böyük insan tələfatına səbəb olur. Bu müharibə hər gün, hər ay, hər il kifayət qədər hər iki tərəfdən insan tələfatına və maddi resursların hərbi texnikanın məhvinə gətirir". Axırıncı müsahibəsində Tramp belə bir bəyanatla çıxış etdi. Trampın təbirincə desək, hücum edən dövlət həmişə çox insan tələfatı verir. İndiki halda Rusiyanın itkiləri böyükdür”-deyə politoloq qeyd edib.

Yusif Bağırzadə bildirib ki, Rusiya 2008-ci ildə Osetiyanı və Abxaziyanı istila etdikdən sonra bu Rusiyaya elə bil yük oldu və Rusiyanın iqtisadiyyatına təsir edən bir amil oldu. Politoloq hesab edir ki, digər tərəfdən də 2014-cü ildə Ukrayna hadisələrindən sonra və 2022-ci ildə Rusiya hərbçilərinin Ukrayna hücumundan sonra, Rusiya Ukraynaya məxsus ruslar yaşayan sərhəd boyu 4 vilayətdə olan torpaqları istila etdikdən və orada yaşayan vətəndaşların da maddi vəziyyətini öz üzərinə götürdükdən sonra Rusiyanın iqtisadi vəziyyəti çətinləşdi.

Yusif Bağırzadə qeyd edib ki, Rusiya həm də bu gün demoqrafik problem yaşayır və burada insan artımı dayanıb, hətta mənfiyə doğru gedir.

“Rusiya federativ dövlətdir, federasiyalardan ibarətdir. “Forbes”-də deyildiyi kimi, imperiyanın bir modelidir və böyük ehtimalla, yaxın gələcəkdə biz Rusiya Federasiyasının da dağılmasına müşahidəçi olacağıq. Nəyə görə? Çünki bu müharibə, eyni zamanda ABŞ-Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatını çıxılmaz vəziyyətdə qoyur.

Rusiya-Ukrayna müharibəsini Rusiya başladıb. Rusiya tərəfindən Ukraynada hətta Azərbaycana məxsus neft kəmərləri, neft zavodları, müəssisələri hücuma məruz qaldı. Buna adekvat olaraq, Ukrayna tərəfindən Rusiyanın neft nəqli müəssisələri və zavodlarına hücum edildi. Rusiyanın neft nəqli ilə əlaqədar 4 böyük müəssisəsi var. Onlardan ikisi şimal tərəfdə, ikisi Qara dəniz hövzəsində yerləşir. Ukrayna Qara dəniz hövzəsində yerləşən iki böyük müəssisənin bir hissəsini sıradan çıxarıb. Bu da iqtisadiyyatı neft və qaz məhsullarının satışından formalaşan Rusiya üçün ağır nəticələrə səbəb olur və olacaq.

Bu gün hələ də Avropa İttifaqına daxil olan dövlətlər, hətta bu Avropa İttifaqı, NATO -ya daxil olan dövlətlər Rusiyadan ildə 100 milyarddan çox məbləğdə neft məhsulları alır. Baxmayaraq ki, ABŞ-ın prezidenti Tramp bu dövlətlərə səslənirdi ki, "Rusiya neftini, qazını almasınlar". Ancaq bu gün həmin dövlətlər bunu davam edirlər. Ukrayna bunun qarşısını almaq üçün Rusiyaya məxsus neftayırma zavodlarını vurur. Bu hücumlara görə, Rusiyanın daxilində neft məhsullarının satışı ilə əlaqədar kifayət qədər çətinliklər var”-deyə politoloq əlavə edib.

Yusif Bağırzadə hesab edir ki, bu gün Rusiyada dövlətə qarşı xalqın narazılıqları artır və bu narazılıqlar Rusiya Federasiyasının subyektlərinə - Dağıstanda, Tatarıstanda, Başqırdıstanda və digər bölgələrə siyarət edəcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
icma.az

1Источники