ain.az, Bizim media portalına istinadən məlumat verir.
Mingəçevir şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Mənbə qeyd edir ki, sentyabrın 17-si, saat 08:00-da baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar üçü nəfər (bir kişi, iki qadın cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.