RU

“İlk oyun bizim üçün dərs oldu” - “Qaradağ Lökbatan”ın baş məşqçisi

Ötən gün 2-ci liqada növbəti böyükhesablı qələbə reallaşıb. “Qaradağ Lökbatan” “Ağstafa Gəncləri”ni darmadağın edib - 8:0.

Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov oyun haqda fikirkərini “Football-plus.az”la bölüşüb:
“Fantastik qələbə idi. Oyunçularım bütün oyunu nəzarətdə saxladılar. Hər biri planımızı mükəmməl yerinə yetirdi və meydanda mübarizə ruhu nümayiş etdirdi. Bu, komandamızın potensialını göstərən bir nəticədi. İlk oyun bizim üçün dərs oldu. Həmin oyundan sonra səhvlərimizi təhlil etdik və zəif cəhətlərimiz üzərində işlədik. Bu qələbə oyunçulara böyük özgüvən verəcək. Hər birimiz bilirik ki, qarşıda uzun yol var. Hədəfimiz bəllidi - çempion olub yenidən 1-ci liqaya yüksəlmək. Bunun üçün hər oyuna ciddi yanaşırıq. Bu qələbə bizi hədəfimizə bir addım daha yaxınlaşdırdı. Bizim komanda böyük potensiala malikdi, həroyunçuma inanıram”.
Qeyd edək ki, bu tur keçirilən altı oyunun dördündə böyükhesablı qələbə qeydə alınıb.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
44
football-plus.az

1Источники