Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Gələn il qüvvəyə minəcək yeni qanun Rusiyada taksi sektoruna ciddi şəkildə təsir göstərəcək.
Yeni qaydalara əsasən, yalnız yerli istehsal və ya yerli montaj edilmiş avtomobillərlə çalışan taksi sürücülərinə icazə veriləcək. Bu isə hazırda bazarda əhəmiyyətli paya sahib olan Avropa və Yaponiya mənşəli avtomobillərin kənarda qalması deməkdir.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı bu dəyişiklik səbəbindən təxminən 200 min sürücünün sektoru tərk etməli olacağını, bunun da ölkə üzrə taksi sürücülərinin beşdə birinə bərabər olduğunu açıqlayıb.
Mütəxəssislərə görə, əsas problem fərdi çalışan sürücülərin və sərbəst peşə sahiblərinin istifadə etdiyi avtomobillərin böyük hissəsinin yeni qaydalara uyğun olmamasıdır. Bu avtomobillərin yenilənməsi üçün ciddi maliyyə vəsaiti tələb olunur.
Dövlət dəstəyi, subsidiyalar və ya xüsusi kredit proqramları olmadan, bir çox sürücü bu tələbləri yerinə yetirə bilməyəcək. Avtomobillərin bazardan çıxarılması isə birbaşa sərnişinlərə təsir edəcək. Mütəxəssislər yeni qaydaların tətbiqi ilə taksi qiymətlərinin 30 faiz artacağını proqnozlaşdırırlar.
Sənaye və Ticarət Nazirliyi tərəfindən təsdiqlənəcək avtomobil siyahısı da son günlərdə mətbuata sızıb. Siyahıya "Lada:, "Moskviç", "Evolute" markaları ilə yanaşı, "Haval", "Solaris" və Sollers" "modelləri də daxil edilib. Beləliklə, xarici markaların əhəmiyyətli hissəsi taksi bazarından çıxacaq, dövlət dəstəyi ilə yerli istehsalçıların çəkisi artacaq. Bu vəziyyət sektorun yenidən formalaşmasına səbəb olacaq və həm sürücülər, həm də sərnişinlər üçün yeni bir dövrün başlanğıcını ifadə edəcək.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.