RU

"Volkswagen" Hannoverdəki zavodunda yük avtomobillərinin istehsalını müvəqqəti dayandıracaq

Berlin, 17 sentyabr, AZƏRTAC

"Volkswagen" şirkəti Almaniyanın Aşağı Saksoniya əyalətində payız tətili zamanı Hannoverdəki zavodunda yüngül yük avtomobillərinin istehsalını bir həftəlik dayandıracaq.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu qərar Avropada tələbin səviyyəsinin zəif olması ilə əlaqədardır.

Şirkətin nümayəndəsi bu tədbirin istehsal planlaşdırmasını dəyişən bazar tələblərinə uyğunlaşdırmaq məqsədilə qəbul olunduğunu açıqlayıb. Satış vəziyyətinin gərgin olduğu və yüngül yük avtomobilləri bazarının gerilədiyi bildirilib.

Bundan əlavə, elektrik modellərinə tələbin artması əvvəlcədən gözlənildiyi qədər sürətli deyil.

Fasilə əsasən “ID Buzz” və “Multivan” modellərinın istehsalına təsir edəcək. Zavodun bağlanma günləri işçilərin əlavə iş saatları hesabına kompensasiya olunacaq.

“Volkswagen”in əvvəlki açıqlamasına görə, bu ilin ilk yarısında şirkət dünya üzrə təxminən 224 min avtomobil tədarük edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 7 min vahid azdır.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
10
1
azertag.az

2Источники