RU

Şirvanşahlar Sarayında “Divan”nın təqdimatı olub FOTOLAR

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Şirvanşahlar Sarayı Kompleksində “Şirvanşahlar dövləti. 

Minillik tarixə dair yeni məxəz” adlı elmi-praktiki konfrans və XV əsr Azərbaycan şairi Bədr Şirvaninin “Divan” əsərinin Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud açıb. Tədbirdə İdarə rəhbərliyi, alimlər, tədqiqatçılar və digər rəsmi qonaqlar iştirak ediblər.

Konfransda Şirvanşahlar dövrünün dövlətçilik ənənələri, siyasi idarəçilik mədəniyyəti, saray və cəmiyyət münasibətləri, iqtisadi və hüquqi münasibətlərin təşkili barədə müzakirələr aparılmış, tarixi sənədlər və yeni tədqiqat materialları təqdim edilib. Alimlər və tədqiqatçılar, həmçinin Bədr Şirvaninin poetik irsinin Azərbaycan dilinə tərcüməsinin tarixi və ədəbi əhəmiyyəti haqqında çıxış edərək, əsərin həm bədii, həm də elmi dəyərini diqqətə çatdırıblar.

Tədbir zamanı qiraətçi tərəfindən şairin şeirlərindən iki beyt səsləndirildi.Bədr Şirvani (1387–1450) yalnız klassik Azərbaycan poeziyasına deyil, həm də Azərbaycan ədəbi dilinin inkişafına mühüm töhfələr vermişdir. Onun “Divan”ı XV əsrin birinci yarısının dil, tarix, sosial-iqtisadi və siyasi həyatına dair qiymətli məlumatlarla zəngindir və ilkin mənbə dəyərinə malikdir.

“Divan” əsərinin Azərbaycan dilinə elmi tərcüməsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə çap edilib. Əsərin əlyazması hazırda Özbəkistan Respublikasının Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda mühafizə olunur.Sonda iştirakçılara kitab nüsxələri hədiyyə edilib, tədbir klassik instrumental musiqi ilə başa çatıb.

Xəzər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
10
cebheinfo.az

10Источники