RU

Kəndin imamını ayı zənn edib GÜLLƏLƏDİ

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Türkiyədə kişi məscidin imamını ayı zənn edərək güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bolu rayonunun İlyaslar kəndində qeydə alınıb.

Kənd məscidinin imamı Mehmet Yıldızxan gecə namazını qıldırdıqdan sonra evinə gedərkən, Fuat Ö.-nün arı təsərrüfatı olan evinin önündən keçib. Bu zaman Fuat Ö. Yıldıxanı ov tüfəngi ilə vurub.

Ağır yaralanan imam xəstəxanaya yerləşdirilib.

Fuat Ö. isə saxlanılıb. O, ifadəsində özünə məxsus arı təsərrüfatına tez-tez ayı hücumu olduğunu deyib. Bildirib ki, Mehmet Yıldızxanı da gecə saatları olduğu üçün ayı zənn edərək güllələyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
lent.az

1Источники